İş adamını Namibiyada şir parçaladı FOTO
Dünya 03 Haz 2025 10:10:00 99 0
Alman iş adamını Namibiyada şir parçalayıb.
Bu haberi de oku: Keçmiş prezident parkda bələdçi işləyir
Son.az xarici mətbuata istinadla xəbər verir ki, Namibiyada safari zamanı alman əsilli iş adamı Bernd Kebbel şirin hücumuna məruz qalaraq həyatını itirib.
Hadisə 30 may 2025-ci il tarixində Namibiyanın şimal-qərbində, Hoanib Skeleton Coast düşərgəsi yaxınlığında baş verib. 59 yaşlı iş adamı səhər saatlarında tualetə getmək üçün çadırından çıxarkən şir ona hücum edib. O, hadisə yerində dünyasını dəyişib.
Kebbel Namibiyada fəaliyyət göstərən "Off-Road-Centre" adlı safari avadanlıqları şirkətinin sahibi idi. O, həmçinin bölgədəki şirlərin qorunmasına maliyyə dəstəyi verən tanınmış bir xeyriyyəçi kimi tanınırdı.
Hücum edən dişi şirin balalarını qorumağa çalışdığı güman edilir. Hadisədən sonra təhlükə yaratdığı üçün həmin şir 1 iyun tarixində Namibiyanın ətraf mühit və turizm nazirliyi tərəfindən öldürülüb.
İsmayıl Son.az