Ukrayna Krım körpüsünü partlatdı


Dünya 03 Haz 2025 15:30:00 104 0

Ukrayna Krım körpüsünü partlatdı

Ukrayna Təhlükəsizlik Xidməti Krım körpüsündə partlayış həyata keçirib.

Son.az xəbər verir ki, bu barədə təhlükəsizlik xidmətindən məlumat verilib.

UTX agentləri iyunun 3-nə keçən gecə Krım körpüsünün dayaqlarını minalayıb və ilk partlayıcı qurğunu işə salıblar.

"Körpünün dayaqları ciddi zədələnib. Partlayış 1100 kq trotil ekvivalentində həyata keçirilib. Körpü qəzalı vəziyyətdədir", - məlumatda bildirilib.