Bakıda baş verən həmin dəhşətli qəza dünya mediasında


Dünya 03 Haz 2025 17:47:00 100 0

Bakıda baş verən həmin dəhşətli qəza dünya mediasında

Bakıda piyadanın günahı ucbatından baş vermiş ağır yol qəzası dünya mediasının diqqətini çəkib.

Son.az day.az-a istinadla xəbər verir ki, qəza anını İngiltərənin "Dailymail" saytı özünün rəsmi "TikTok" hesabında paylaşıb.

Video 5 gün ərzində 11 milyondan çox izlənib.

Qeyd edək ki, magistral yolda yolu keçməyə çalışan yaşı kişi sol zolaqla hərəkət edən avtomobilin önünə çıxır. Sürücü isə kişini vurmamaq üçün əyləci basır. Nəticədə avtomobil sürüşür. Son anda kişinin yanından keçərək səkini aşır və yolun əks istiqamətinə düşür. Qoca isə son anda ölümdən qurtulur. Sürücü qəza nəticəsində xəsarət alır. Avtomobilə isə xeyli maddi ziyan dəyir.