19 yaşlı model çəkiliş zamanı faciəli şəkildə can verdi VİDEO FOTO
Dünya 03 Haz 2025 12:52:00 87 0
Monteneqroda reklam çəkilişi zamanı 19 yaşlı serbiyalı model Tiyana Radonjiç faciəvi şəkildə həyatını itirib.
Bu haberi de oku: Suriyaya gedən 13 azərbaycanlı ölkəyə gətirildi
Son.az xəbər verir ki, hadisə Budva şəhərində turizm mövsümünə hazırlıq məqsədilə aparılan paraseyl (paraşütlə qayıqla uçuş) reklam çəkilişi zamanı baş verib.
Radonjiç paraseyl çəkilişində iştirak etmək üçün qısametrajlı film layihəsinə cəlb olunub. Lakin şahidlərin sözlərinə görə, paraşüt 50 metr (təxminən 150 fut) yüksəkliyə qalxdıqdan sonra Tiyana panik atak keçirib və təhlükəsizlik qayışını özü açıb. Bu da onun havadan sərbəst şəkildə yerə düşməsi ilə nəticələnib.
Görüntülərdən aydın olur ki, faciədən öncə model sakit və gülümsəyən halda təhlükəsizlik təlimatlarını dinləyib. Lakin havaya qalxdıqdan sonra qəfil narahatlıq keçirib və həyatını itirib.
Modelin ailəsi hadisənin arxasında psixoloji vəziyyət və ailədaxili gərginlik olduğunu iddia etsə də, məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Fidan Son.az