"Etna" vulkanı püskürdü Qırmızı siqnal verildi VİDEO


Dünya 02 Haz 2025 17:10:00 123 0

"Etna" vulkanı püskürdü  Qırmızı siqnal verildi  VİDEO

İtaliyanın Siciliya adasında yerləşən "Etna" dağı bu gün səhər qəflətən püskürüb.

Son.az xəbər verir ki, Avropanın ən yüksək aktiv vulkanı olan "Etna"dan gələn nəhəng tüstü buludu və kül yağışı bölgəni xaosa sürükləyib. Hava məkanından keçən təyyarələr üçün də "qırmızı kod" xəbərdarlığı edilib.

"Etna" dağındakı vulkan püskürməsi Kataniya kimi yaxınlıqdakı yaşayış məntəqələrindən də müşahidə edilib və görüntülərdə insanların püskürmə zamanı vulkandan qaçmağa çalışdığı əks olunub.