Məşhur çipslərdə təhlükəli maddə aşkar edildi Təcili geri çağırılır


Dünya 03 Haz 2025 10:50:00 99 0

Məşhur çipslərdə təhlükəli maddə aşkar edildi  Təcili geri çağırılır

Belçika Qida Təhlükəsizliyi Təşkilatı (FAVV) "Carrefour Sensation" markasına məxsus "Paprika" ətirli çipslərdə insan sağlamlığı üçün kanserogen təsirə malik akrilamid maddəsinin yüksək səviyyədə aşkarlandığını bildirib.

Son.az xəbər verir ki, sözügedən məhsul təcili olaraq satışdan yığılır.

"FAVV" və "Carrefour" rəhbərliyi vətəndaşlara bu məhsulu istehlak etməməyi və ən yaxın filiallara təhlükəsiz şəkildə geri qaytarmağı tövsiyə edib. Məhsulun satışda olduğu bütün ölkələrdə, o cümlədən Türkiyə filiallarında da toplatdırılmasına qərar verilib.