Leyla çənəsini "uzatdı"
Şou-biznes 30 Nis 2025 11:53:00 68 0
Aparıcı Leyla Mustafayeva izləyicilərini təəccübləndirib.
Bu haberi de oku: "500 manata görə milləti yığıb ad günü edirlər"
Son.az xəbər verir ki, o, etdirdiyi kosmetoloji prosedurdan görüntü paylaşıb.
Mustafayeva üzü və çənəsinə dolğu etdirdiyini izləyicilərinin nəzərinə çatdırıb.
"Görürsünüz ki, kosmetoloji prosedurdan sonra üzüm deşik-deşikdir. Dedim ki, qonşudan geri qalmayım. Bu, da çənə dolğum. Yeni çənəm necədir? Gözəl görünürəm? Xahiş edirəm gözəl sözlərinizi şərh bölümünə yazın".
Sosial şəbəkə istifadəçiləri teleaparıcının uzadılmış çənəsini görüb çaş-baş qalıblar. Onlardan bəziləri Leylanın effektlə çənəsini uzadaraq, zarafat etdiyini düşünüblər.
Həmin görüntünü təqdim edirik:
Musa Son.az