"Həmin insanlara görə utanıram, bu, təkcə azərbaycanlılarda var"


Şou-biznes 30 Nis 2025 13:39:00 53 0

"Həmin insanlara görə utanıram, bu, təkcə azərbaycanlılarda var"

Əməkdar artist Məlahət Abbasova açıqlaması ilə diqqət çəkib.

Son.az bildirir ki, Türkiyədə yaşayan azərbaycanlı aktrisa onun ünvanına yazılan haqqsız rəylərdən şikayətlənib.

O, sosial şəbəkə istifadəçilərinin hələ də "1001 gecə" serialındakı roluna görə onu qınadığını bildirib. Abbasova təhqir dolu şərhləri anlamadığını deyib.

Onu tənqid və təhqir edənlərin yalnız azərbaycanlıların olduğunu deyən aktrisa rol aldığı filmlərlə bağlı bütün millətlərdən xoş sözlər, təriflər aldığını sözlərinə əlavə edib.

Məlahət Abbasova bununla bağlı həmvətənlərinə müraciət edərək gileylənib.