Başqa kişi ilə öpüşmüşdü aktrisanın yeni sevgilisi görün kimdir?


Şou-biznes 30 Nis 2025 13:08:00 49 0

Başqa kişi ilə öpüşmüşdü  aktrisanın yeni sevgilisi görün kimdir?

Məşhur ukraynalı aktrisa Natalka Denisenko şəxsi həyatında dəyişikliklərlə gündəmdədir. "Qala çıxacaqsan?", "Klan", "Krepostnaya" kimi seriallarla tanınan Denisenko boşanma prosesində olduğu ərindən ayrıldıqdan sonra yeni münasibətə başlayıb.

Son.az xəbər verir ki, bu barədə "Liven" adlı "Telegram" kanalı məlumat yayıb.

Mənbənin yazdığına görə, Denisenko aktyor və 2022-ci ildən etibarən hərbçi olan həyat yoldaşı Andrey Fedinçiklə münasibətləri pozulandan sonra tək qalmayıb. İddialara əsasən, aktrisa hazırda ukraynalı rejissor Aleksey Komarovski ilə sevgilidir.

Cütlük birgə olaraq bu il nümayiş etdirilən "Qala çıxacaqsan?" filmində çalışıblar. Onların münasibətinin nə qədər davam edəcəyi isə hələ məlum deyil. Həmçinin aktrisanın boşanmasına məhz bu münasibətin səbəb olub-olmadığı da təsdiqlənməyib.

Qeyd edək ki, daha əvvəl bloger Boqdan Bespalov aktrisanın yeni münasibətə görə boşanma təşəbbüsünü irəli sürdüyünü iddia etmişdi. Onun sözlərinə görə, Andrey Fedinçik evliliyi qorumağa çalışsa da, Denisenko bu əlaqəni davam etdirməkdən imtina edib.

"Bu iki nəfərin münasibəti olduğu deyilir. Deyəsən, Natalkanın Komarovski ilə münasibəti var. Boşanmanın səbəbi o olubmu - bunu dəqiq bilmirik. Amma ictimaiyyətdə bu barədə çox danışılır", - deyə "Telegram" kanalında qeyd olunub.