TVlər, hotellər, hektarlarla ərazi Tatlısəsin dodaq uçuqladan sərvəti
Şou-biznes 30 Nis 2025 06:06:00 63 0
Türkiyə musiqisinin əfsanəvi siması İbrahim Tatlısəs təkcə sənət sahəsindəki uğurları ilə deyil, eyni zamanda sahib olduğu sərvət və qurduğu bizneslə də diqqət mərkəzindədir.
Bu haberi de oku: Müğənni efirdə BİABIR oldu: Zaur ifasını yarımçıq kəsdi VİDEO
Son.az xəbər verir ki, müğənnilik karyerası ilə milyonların sevgisini qazanan Tatlısəs illər ərzində qazandığı gəlirləri ağıllı şəkildə investisiyalara yönəldərək böyük bir maliyyə imperiyası qurub. Onun mülkiyyətində olan daşınmaz əmlaklar, otellər, ticarət obyektləri və media şirkətləri onu Türkiyənin ən varlı sənətçilərindən birinə çevirib.
İstanbul, Bodrum, Kuşadası və Şanlıurfa kimi müxtəlif şəhərlərdə əmlak sahibi olan Tatlısəsin sərvət siyahısı zəngindir. İstanbul Seyrantepədə kabab restoranı, televiziya binası, şirkət ofisləri və geyim markasına məxsus emalatxana və mağaza ona məxsusdur. Sarıyerdə lüks villa, Seyrantepədə üç mənzil və Şanlıurfada əlavə mənzil və torpaq sahəsi də siyahıya daxildir.
İzmir Narlıdere Folkart Evləri və Hadımköy Günışığı Konaklarında yerləşən villalar, Bodrum Bitezdə dənizkənarı 6,5 hektarlıq ərazidə yerləşən 26 otaqlı otel və əlavə torpaq sahəsi Tatlısəsin ən dəyərli sərmayələrindəndir.