"Kızılcık şerbeti"ndə ayrılıq


Şou-biznes 29 Nis 2025 23:21:00 73 0

"Kızılcık şerbeti"ndə ayrılıq

Show TV-də yayımlanan və Gold Film-in istehsalı olan "Kızılcık Şerbeti" serialında bu mövsüm hekayəyə daxil olan Meri obrazı ilə vidalaşma vaxtıdır.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Meri obrazını canlandıran təcrübəli aktrisa Şebnem Bozoklu serialın heyətindən ayrılacaq. Bozoklunun canlandırdığı Meri obrazının hekayəsi yaxın günlərdə tamamlanacaq və aktrisa 3-cü mövsüm finalından əvvəl seriala vida edəcək.

Serialda 3 mövsümdür Pembe obrazına uğurla həyat verən təcrübəli aktrisa Sibel Taşçıoğlu da keçmiş bölümlərdə serialdan ayrılmışdı.