Tanınmış türkiyəli aktrisa vəfat etdi FOTO


Şou-biznes 29 Nis 2025 15:42:00 80 0

Tanınmış türkiyəli aktrisa vəfat etdi  FOTO

"Yeşilçam"ın aktrisası Meral Kurtulmuş 87 yaşında dünyasını dəyişib.

Son.az xəbər verir ki, Kurtulmuş həm də unudulmaz aktyor Cevat Kurtulmuşun ömür-gün yoldaşı olub.

"Yeşilçam" dövrünün ikonik aktrisalarından olan Kurtuluşun ölüm xəbəri dərin kədər hissi yaradıb. O, uzun illər səhnədə və ekranda göstərdiyi performanslarla milyonların könlünü fəth edib. Sənət karyerası boyunca çoxsaylı film və tamaşalarda iz buraxan Kurtulmuş xüsusilə emosional rollardakı uğurları ilə yadda qalıb.

Film-San Fondu məşhur aktyorun ölüm xəbərini sosial media hesabında paylaşdığı paylaşımla açıqlayıb: