"O məktəb həyat yoldaşımın adını daşıyır"


Şou-biznes 30 Nis 2025 01:01:00 72 0

"O məktəb həyat yoldaşımın adını daşıyır"

"Beyləqan rayonu mənim üçün əzizdir. Çünki mənim doğmalarım, oğlumun nənəsi, babası, bibisi oradadır. Beləqanın Günəşli qəsəbəsində yaşayırlar. O kənddə mənim həyat yoldaşım Zahid Əhmədovun adını daşıyan məktəb var".

Son.az xəbər verir ki, Əməkdar artist Gülüstan Əliyeva həmin məktəbdə müəllim kimi çalışdığını da bildirib:

"1994-cü ilə qədər qaynatamgillə orada birlikdə yaşamışıq. Cəbrayıl rayonu işğal olunduqdan bir qədər sonra mən valideynlərimin yanına getdim. Həmin məktəbdə musiqi müəllimi kimi çalışırdım. Orada Azərbaycan və rus dilindən dərslər deyirdim. Ölkəmiz üçün çox çətin günlər idi. O kənd məktəbi də çətin dönəmləri yaşayan təhsil ocağı idi. Həyat yoldaşım həmin məkəbdə təhsil almışdı. Oraya onun adının verilməsi üçün Bəyləqan rayon Maarif Şöbəsinə və icra hakimiyyətinə müraciət etdim. Sağ olsunlar, bu günə qədər də o təhsil ocağı Zahid Əhmədov adına tam orta məktəbdir".

Qeyd edək ki, Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov I Qarabağ müharibəsində şəhid olub.  (Axşam.az) Son.az