"500 manata görə milləti yığıb ad günü edirlər"


Şou-biznes 29 Nis 2025 19:46:00 90 0

"500 manata görə milləti yığıb ad günü edirlər"

"Ad günü edirsənsə özünə ən yaxın olan adamları yığ ora. Heç özü də zəng etmir, prodüseri yığır. Özünün xəbəri yoxdur gələnlərdən".

Son.az xəbər verir ki, müğənni Xatirə İslam böyük ad günü edən tanınmışları tənqid edib:

"Ad günü özəldir, nə gözəl işdir ki, sən dünyaya gəlmisən. Ətrafında ən yaxın adamların olmalıdır. Ən azı 20 illik dostların yığışmalıdır. Tanımadığı adamların hamısını yığdı ora ki, dünya dağıldı, fısqırıq oldu. Heç kim də bir-birini tanımır. 300, 500 manata görə bu lazım deyil. Onda səmimiyyət olmur".