Siyasətçi restoranda yemək yeyərkən güllələndi FOTO
Dünya 30 Nis 2025 12:28:00 73 0
Meksikada siyasətçi Jose Luis Pereira restoranda şam edərkən güllələnib.
Son.az xarici mətbuata istinadla xəbər verir ki, Teokaltiçe şəhər şurasının baş katibi Pereira Jalisco ştatındakı dəniz məhsulları restoranında axşam saatlarında hücuma məruz qalıb.
Tibb işçiləri hadisə yerinə gələndə onun öldüyünü açıqlayıblar.
Meksikalı senator Alejandro Moreno bu qətli "qorxaqlıq" adlandırıb və hökuməti cinayətkar dəstələrə qarşı tədbir görmədiyinə görə sərt tənqid edib.
Kaynak: milli.az