4 saat söhbət etdilər


Dünya 30 Nis 2025 00:49:00 70 0

4 saat söhbət etdilər

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenkonun Volqoqradda təkbətək danışıqları olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidmətinə yaxın teleqram kanalı məlumat yayıb.

"Danışıqlar başa çatıb. Putin və Lukaşenko dörd saat təkbətək danışıblar", - məlumatda deyilir.

Qeyd olunur ki, dövlət başçılarının görüşü təkbətək formatda, nümayəndə heyətlərinin iştirakı olmadan baş tutub. Müzakirənin mövzusu açıqlanmır, lakin bu cür danışıqlar ənənəvi olaraq ikitərəfli əməkdaşlıq, İttifaq dövləti çərçivəsində inteqrasiya layihələri və beynəlxalq gündəm məsələlərinə toxunur. Son.az