İsrail ordusu Qəzzadan çıxmağa başladı – Atəşkəs qüvvəyə mindi
Dünya 10 Eki 2025 10:55:00 102 0
Son.az xəbər verir ki, bu barədə məlumat İsrail Baş nazirinin ofisi tərəfindən təsdiqlənib.
Bu haberi de oku: Atəşkəsdən sonra fələstinlilər evlərinə qayıdır VİDEO
Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumət "Qəzzada müharibənin dayandırılması və bütün israilli məhbusların geri qaytarılması haqqında sazişi" təsdiqləyib.
Razılaşmaya əsasən, İsrail ilk 5 gün ərzində Qəzzaya hər gün 400 yardım maşınının girişinə icazə verəcək, sonrakı mərhələlərdə bu sayın artırılması nəzərdə tutulur.
İsrailin baş naziri Benyamin Netanyahu bunun "İsrail üçün böyük gün" olduğunu bildirib. ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunan razılaşma Qətər və Misirin də dəstəyi ilə reallaşıb.