İsrail və HƏMAS arasında imzalanan razılaşmanın detalları üzə çıxdı


Dünya 10 Eki 2025 20:44:00 82 0

İsrail və HƏMAS arasında imzalanan razılaşmanın detalları üzə çıxdı

İsrail ilə HƏMAS arasında "Qəzza Müharibəsinin Tamamilə Dayandırılması" başlığı ilə imzalanan atəşkəs razılaşmasının detalları açıqlanıb.

Son.az xəbər verir ki, sənədə əsasən, HƏMAS 72 saat ərzində bütün əsirləri azad edəcək və bu proses Türkiyənin də daxil olduğu ortaq komitə tərəfindən nəzarətdə saxlanılacaq. Türkiyə həmçinin HƏMAS-ın əlində olan öldürülmüş israilli hərbçilərlə bağlı məlumatların təhvil verilməsində də mühüm rol oynayacaq.

İsrailin rəsmi yayım orqanı KAN bildirir ki, razılaşma həm İsrail, həm də HƏMAS tərəfindən imzalanıb və vasitəçi ölkələr tərəfindən təsdiq olunub. İsrail hökuməti sənədi rəsmən təsdiqlədikdən sonra:

Atəşkəs dərhal qüvvəyə minəcək, Hava zərbələri, artilleriya atəşi və quru əməliyyatları daxil olmaqla bütün hərbi fəaliyyətlər tamamilə dayandırılacaq. İsrail ordusu 24 saat içində "sarı xətt" kimi müəyyən olunan sərhədə çəkiləcək, Bu prosesdən sonra HƏMAS 72 saat ərzində bütün israilli əsirləri (həm sağ, həm də həlak olanları) təslim edəcək, İsrail ordusunun yenidən həmin bölgələrə daxil olmasına icazə verilməyəcək. Qəzzaya humanitar yardım sərbəst şəkildə daxil olacaq

Bu proses 19 yanvar 2025 qərarında təsbit edilən gündə 600 yardım TIR-ı standartı əsasında həyata keçiriləcək.

İsrail tərəfi bildirir ki, hazırda Qəzzada 48 israilli əsir var, onlardan 20-si sağdır. Eyni zamanda İsrail həbsxanalarında 11 mindən çox fələstinli saxlanılır və onların çoxu ağır şəraitdə - işgəncə, aclıq və tibbi laqeydlik içindədir.