Atəşkəsdən sonra fələstinlilər evlərinə qayıdır VİDEO
Dünya 10 Eki 2025 16:30:00 92 0
Atəşkəs elan olunduqdan və İsrail ordusu Qəzzanın bəzi hissələrindən geri çəkildikdən sonra fələstinli ailələr öz evlərinə qayıtmağa başlayıblar.
Bu haberi de oku: İsrail ordusu Qəzzadan çıxmağa başladı – Atəşkəs qüvvəyə mindi
Son.az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Yayılan kadrlarda minlərlə insanın Qəzza şəhərinin şimal istiqamətinə doğru piyada hərəkət etdiyi, bəzilərinin isə avtomobillərlə geri döndüyü görünür. Şahidlər bildirirlər ki, bölgədə dağıntıların miqyası böyükdür, lakin ailələr evlərinin vəziyyətini yoxlamaq və sağ qalan qohumlarını tapmaq üçün geri dönməyə çalışırlar.
Xatırladaq ki, İsrail hökumətinin Qəzzada atəşkəs planını təsdiqləməsindən sonra rejim qüvvəyə minib. Razılaşmaya əsasən, İsrail ordusu anklavın bəzi bölgələrindən mərhələli şəkildə çıxır, HƏMAS isə saxlanılan israilli əsirlərin azad edilməsinə başlayıb.