"ChatGPT"nin qəhvə falı 12 illik evliliyi bitirdi Ərini evdən qovdu
Dünya 30 Nis 2025 17:50:00 64 0
Yunanıstanda süni intellektin kofe falı bir ailənin dağılmasına səbəb olub.
Bu haberi de oku: Trampla Zelenskinin Vatikandakı söhbətinin
Son.az xəbər verir ki, 12 illik evli olan qadın "ChatGPT"-yə göndərdiyi fincan fotosundan sonra ərinin onu aldatdığına inanaraq boşanma qərarı verib.
Məlumata görə, qadın süni intellektə qəhvə fincanının şəklini göndərib və ChatGPT-dən fal təhlili istəyib. Alınan cavabda adı E hərfi ilə başlayan gənc bir qadının əri ilə münasibəti olduğu göstərilib. Buna inanan qadın əvvəlcə ərini evdən qovub, daha sonra isə rəsmi şəkildə boşanma ərizəsi ilə məhkəməyə müraciət edib.
Ər isə baş verənlərə inanmaqda çətinlik çəkdiyini bildirib:
"Həyat yoldaşım sosial mediada yayılan trendə qoşulmaq üçün qəhvə falı baxdırmaq istədi. Ona görə fincanın şəklini çəkdi və ChatGPT-dən şərh istədi. Mən bu oyunu zarafat kimi qəbul etmişdim. Amma o, ciddi qəbul etdi və nəticədə məni evdən çıxartdı. Üç gün sonra boşanma ərizəsi gəldi. Hələ də şokdayam" .
Qadının bu qərarı Yunanıstanda süni intellekt səbəbli ilk boşanma hadisəsi kimi qeydə alınıb.
Fidan Son.az