Tanınmış müğənni xərçəngdən öldü
Dünya 30 Nis 2025 11:58:00 69 0
Məşhur rok qrupu "The Alarm"ın solisti Mayk Peters 66 yaşında vəfat edib.
Bu haberi de oku: Netanyahunun korteji qəzaya düşdü
Son.az xarici mediaya istinadla xəbər verir ki, Mayk Peters 1995-ci ildə lenfoma diaqnozu almış, sonradan isə iki dəfə xroniki lenfositik lösemi ilə mübarizə aparmışdı. Ümumilikdə, o, xərçənglə 30 ilə yaxın bir müddət yaşamış və bu müddət ərzində həm öz sağlamlığı, həm də başqalarına dəstək məqsədilə xeyriyyə və təbliğat işləri aparmışdı.
2019-cu ildə Mayk Peters xərçənglə bağlı xidmətlərinə görə MBE (Britaniya İmperiyası Ordeni) ilə təltif olunmuşdu.
Kaynak: milli.az