İspaniyada elektrik kəsintisinə görə ölənlər var


Dünya 29 Nis 2025 22:28:00 85 0

İspaniyada elektrik kəsintisinə görə ölənlər var

İspaniyada elektrik enerjisinin kəsilməsi nəticəsində azı 5 nəfər ölüb.

Son.az bildirir ki,  Orense əyalətində (Qalisiya muxtar icması) eyni ailənin üç üzvü dəm qazından boğularaq dünyasını dəyişib.

Həmçinin qeyd olunur ki, Valensiya muxtar icmasında süni nəfəs aparatına qoşulu olan bir qadın enerji kəsintisi nəticəsində oksigenin tükənməsi nəticəsində ölüb. Bundan əlavə, Madriddə şamın səbəb ola biləcəyi yanğında başqa bir qadın ölüb. Son.az