Əsədin atasının məzarından qalıqlarını çıxardılar
Dünya 28 Nis 2025 19:18:00 72 0
Naməlum şəxslər Suriyanın keçmiş prezidenti Hafiz Əsədin Latakiya əyalətinin Qardaha şəhərində məzarından qalıqlarını çıxarıblar.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Suriya telekanalı məlumat yayıb.
"Bazar ertəsi sosial şəbəkələrdə fəallar keçmiş prezident Hafiz Əsədin məzarının eksqumasiyasını əks etdirən fotoşəkillər və videolar yayıblar", - məlumatda deyilir.
Telekanalın qeyd etdiyi kimi, yayımlanan videogörüntülərdə məzarın təhqir edilməsini Latakiyada fəaliyyət göstərən silahlı qruplaşmaların üzvü olan hərbi geyimli şəxslər həyata keçirir.
Kaynak: milli.az