Yeni müharibə başlayır Türkiyə 6 təyyarə silah göndərdi
Dünya 28 Nis 2025 11:41:43 78 0
Pakistan və Hindistan arasında gərginlik sürətlə artır.
Bu haberi de oku: Dünyanın ən varlı adamları bu şəhərlərdə yaşayır
Son.az xəbər verir ki, Hind çayı hövzəsində su axınını dayandırması münasibətləri daha da gərginləşdirib.
Bu hadisələrin fonunda Türkiyə, Pakistana dəstək olaraq İHA-lar (pilotsuz uçuş aparatları) da daxil olmaqla döyüş materialları daşıyan 6 nəqliyyat təyyarəsi göndərib.
Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Asim Munir su axınının bərpa edilməyəcəyi təqdirdə bəndlərin vurulacağını bildirib. Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar isə Çinlə əməkdaşlıq axtarışlarını davam etdirir. Türkiyənin Pakistana göndərdiyi döyüş materialları arasında İHA-larla yanaşı müxtəlif silah və raketlər də yer alır. Pakistan rəsmiləri Türkiyənin səssiz, lakin real dəstəyini yüksək qiymətləndirib: "Türkiyə bizi səssizcə, amma güclü şəkildə dəstəkləyir" .
Qeyd edək ki, Hindistan və Pakistan orduları ardıcıl ikinci gün sərhəd boyu atışmalara davam edir. Hindistan ordusunun məlumatına görə, Pakistan postlarından atəş açılıb, lakin Hindistan tərəfdə itki qeydə alınmayıb. Pakistan isə bu barədə hələlik rəsmi açıqlama yaymayıb.
Fidan Son.az