Savaş başlayandan bəri ilk dəfə Şimali Koreya etiraf etdi
Dünya 28 Nis 2025 15:00:00 80 0
Şimali Koreya ilk dəfə olaraq Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya qoşun göndərdiyini təsdiqləyib.
Bu haberi de oku: Pakistanın müdafiə naziri: Hindistanla müharibə yaxın iki və ya üç günə başlaya bilər
Son.az xəbər verir ki,bu barədə Koreya İşçi Partiyası Mərkəzi Hərbi Komissiyasından açıqlama verilib.
Açıqlamada deyilir: "Silahlı qüvvələrimiz Ukrayna qüvvələrinin məhv edilməsinə və Rusiya ərazisinin azad edilməsinə mühüm töhfə verib".
Şimali Koreya əsgərlərinin Kursk vilayətində uğur qazandığı bildirilən bəyanatda bu ifadələr yer alıb: "Rusiyanın Ukraynaya işğalını dəf etmək üçün həyata keçirilən Kursk bölgəsinin azad edilməsi əməliyyatı qələbə ilə başa çatıb. Silahlı qüvvələrimiz yüksək döyüş ruhunu, hərbi xasiyyət və əzmkarlıq nümayiş etdirərək yüksək döyüş ruhunu tam şəkildə nümayiş etdirib. Bizim silahlı qüvvələrimiz Ukrayna qüvvələrinin məhv edilməsinə və Rusiya ərazisinin azad edilməsinə mühüm töhfə verib".