Papanın dəfn mərasimində Trampın bu iki hərəkəti gündəm oldu


Dünya 28 Nis 2025 10:20:00 68 0

Papanın dəfn mərasimində Trampın bu iki hərəkəti gündəm oldu

21 aprel tarixində vəfat edən Papa Fransisk üçün Vatikanın Müqəddəs Pyotr Meydanında təntənəli dəfn mərasimi keçirilib. Minlərlə insanın qatıldığı mərasimdə 6 kilometr uzunluğunda kortej qurulub, tabut Müqəddəs Böyük Məryəm Bazilikasına aparılıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Papa Fransiskin Vatikanda keçirilən dəfn mərasimində etdiyi iki hərəkətlə gündəmə gəlib.

Tramp həyat yoldaşı Melania Tramp ilə birlikdə mərasimə qatılıb. Bütün dünya liderləri ənənəyə uyğun olaraq qara geyim seçdiyi halda, Tramp mavi kostyum geyinib və bu seçimi sosial şəbəkələrdə "ilk səhv" kimi qarşılanıb.

Tədbir zamanı iştirakçılar dörd hissəyə bölünüb: irəlidəki qonaqlar, kardinalar, din xadimləri və sadə camaat. Tramp irəlidəki qonaqların önündə tək dayanıb, ancaq əsas narazılıq başqa hərəkətindən qaynaqlanıb.