Bu ölkələrdə elektrik kəsildi, metrolar boşaldıldı Nə baş verir?
Dünya 28 Nis 2025 16:05:00 129 0
İspaniya və Portuqaliyada elektrik enerjisinin kəsilməsi nəticəsində böyük xaos yaşanıb.
Bu haberi de oku: NASAdan 7 kiloluq ay daşı oğurladı Sevgilisinə aparacaqmış...
Son.az xəbər verir ki, iki ölkənin bir çox bölgəsində elektrik enerjisinin birdən-birə itməsi səbəbindən sərnişinlər metrodan təxliyə olunub, işıqforlar fəaliyyətini dayandırıb və şəhərlərdə nəqliyyat sıxlığı yaranıb.
İspaniyanın elektrik şəbəkəsi operatoru verdiyi açıqlamada, elektrik enerjisi kəsintisinin mənbəyinin hələ müəyyən edilmədiyini bildirib.
Kəsintinin ardından həm İspaniya, həm də Portuqaliyada enerji şirkətləri problemi aradan qaldırmaq üçün səfərbər olunub. Elektrik enerjisinin bərpası üçün işlər sürətlə davam etdirilir.
Elektrik enerjisinin kəsilməsi əsasən metroların boşaldılması və işıqforların işləməməsi ilə nəticələnib. Böyük şəhərlərdə küçələrdə uzun avtomobil növbələri yaranıb, nəqliyyat iflic vəziyyətinə düşüb.