Ukraynalı jurnalistin gözünü oyub, beynini çıxartdılar Atası fəryad edir FOTO


Dünya 30 Nis 2025 10:47:00 82 0

Ukraynalı jurnalistin gözünü oyub, beynini çıxartdılar  Atası fəryad edir  FOTO

Ukraynalı jurnalist Viktoriya Roşçinanın Rusiya tərəfindən qaçırılıb öldürüldükdən sonra ölkəsinə qaytarılan meyitində işgəncə izləri aşkarlanıb.

Bu haberi de oku: 4 saat söhbət etdilər

Son.az xəbər verir ki, bu iddia ilə nypost nəşri çıxış edib.

Araşdırmalara görə Roşçinanın beyni, gözləri və qırtlağı çıxarılıb. 27 yaşlı jurnalistin cəsədi 757 ukraynalının qalıqları ilə aparılan dəyişmə zamanı Ukraynaya qaytarılıb və "naməlum kişi" kimi qeydiyyata alınıb.

Ukrayna Baş Prokurorluğunun müharibə cinayətləri idarəsinin rəhbəri Yuri Belousov bildirib ki, meyitdə qabırğa sınığı, cızıqlar, qan sızmaları və elektrik şoklarının izləri müşahidə olunub. Boynundakı göyərti isə boğulma ehtimalını göstərir.

Roşçinanın meyiti çox pis vəziyyətdə olduğu üçün rəsmi ölüm səbəbi hələ müəyyən edilməyib, əlavə ekspertizalar aparılır.

Jurnalistin atası xarici mütəxəssislərin iştirakı ilə daha geniş araşdırma tələb edir.

Qeyd edək ki, Viktoriya Roşçina 2023-cü ilin avqustunda Rusiyanın nəzarətinə keçən Ukrayna ərazilərində yoxa çıxıb. Rusiya onun tutulmasını doqquz ay sonra, 2024-cü ilin mayında təsdiqləyib.

Bildirilir ki, o, əvvəlcə Berdyanskda ukraynalılar üçün ən ağır rejimli koloniyalardan birinə aparılıb, sonra isə Rusiyanın Taqanroq şəhərindəki istintaq təcridxanasında saxlanılıb və Moskvaya aparılarkən həyatını itirib.

Roşçina müxtəlif Ukrayna media qurumlarında çalışıb, 2022-ci ildə isə Beynəlxalq Qadın Media Fondunun "Jurnalistikada Cəsarət" mükafatına layiq görülüb.

İsmayıl Son.az