Təhsilə rekord vəsait! 5 milyard
Digərləri 23 Eki 2025 15:42:00 85 0
Növbəti il üzrə təhsil xərclərinə 5015,9 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.
Bu haberi de oku: Bakıda bloger həbs edildi Bu videoya görə
Son.az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənədə əsasən, bu da 2025-ci illə müqayisədə 78,6 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 625,8 milyon manat və ya 14,3 faiz çoxdur.
Xərc bölməsi üzrə proqnozlaşdırılan vəsaitin 2414,8 milyon manatı və ya 48,1 faizi ümumi təhsil xərclərinə, 796,1 milyon manatı və ya 15,9 faizi ali təhsil və dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsinə, 468,2 milyon manatı və ya 9,3 faizi məktəbəqədər təhsil xərclərinə, 94,2 milyon manatı və ya 1,9 faizi orta ixtisas təhsili xərclərinə, 105,5 milyon manatı və ya 2,1 faizi peşə təhsili xərclərinə, 97,1 milyon manatı və ya 1,9 faizi məktəbdənkənar təhsil müəssisələrinin (idman məktəbləri və s.) xərclərinə, 28,2 milyon manatı və ya 0,6 faizi əlavə təhsil və tətbiqi tədqiqatlara, 1011,8 milyon manatı və ya 20,2 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərlə bağlı xərclər üçün nəzərdə tutulub.