"Ərdoğan məni qarğıdalı və şabalıda qonaq etdi"


Digərləri 23 Eki 2025 17:30:00 91 0

"Ərdoğan məni qarğıdalı və şabalıda qonaq etdi"

NATO-nun sabiq baş katibi Yens Stoltenberq xatirələrində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi bir görüşdən epizodu bölüşüb.

Son.az. o yazır ki, görüş Ankarada baş tutub və gündəmdə gərgin mövzular - Suriyada əməliyyatlar, NATO müttəfiqləri ilə münasibətlər və kürd məsələsi olub.

"Atmosfer gərgin idi. Amma Ərdoğan birdən söhbətin tonunu dəyişdi və məndən soruşdu: "Sən qarğıdalı sevirsən?" Mən "bəli" cavabını verdim. Bir neçə dəqiqə sonra otağa böyük boşqabda qızardılmış qarğıdalılar gətirdilər. Biz onları masa arxasında, əllərimizlə yeyirdik. Sonra qızardılmış şabalıd gətirdilər. Səkkiz-on nəfər idik, hamımız yeyirdik, qarğıdalı dənələri və duz yerə tökülürdü", - deyə Stoltenberq yazıb.