Səhər dəriləndə qiyməti od bahasına olur: Hətta səkidə belə yetişir


Digərləri 23 Eki 2025 21:13:00 95 0

Səhər dəriləndə qiyməti od bahasına olur: Hətta səkidə belə yetişir

Təbiətin bizə bəxş etdiyi, amma çox zaman diqqətdən qaçan bir bitki var ki, qiyməti qızıla bərabərdir. Doğru zamanda toplanıb istifadə edildikdə həm iqtisadi, həm də sağlamlıq baxımından böyük dəyərə malik olan bu bitki səhərin ilk saatlarında dəriləndə əsl şəfa mənbəyinə çevrilir. Bu qiymətli bitki adaçayıdır.

Son.az xəbər verir ki, adaçayının içindəki yağ və müalicəvi maddələrin miqdarı səhər saatlarında daha yüksək olur. Günəş çıxdıqca bitkinin tərkibindəki uçucu yağlar azalır və təsiri zəifləyir. Buna görə də, adaçayı kimi aromatik bitkilər - kəklikotu, melissa və s. gün çıxmamış yığılır. 

Təbii və orqanik məhsullara tələbatın artması nəticəsində adaçayının qiyməti də son illərdə kəskin bahalaşıb. Hazırda bir kiloqram adaçayının qiyməti  45-85 manat arasında dəyişir. 

Adaçayı yalnız çay kimi deyil, həm də kosmetika və efir yağları istehsalında geniş istifadə olunur.


Habere ait fotoğraflar