Restoranlar nağdsız dövriyyə üzrə 6%lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
Digərləri 23 Eki 2025 23:32:00 71 0
Azərbaycanda ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergi yükünün azaldılması və nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə Vergi Məcəlləsinə mühüm dəyişiklik nəzərdə tutulur.
Bu haberi de oku: Günün qoroskopu: Xoş bir xəbər alma ehtimalınız var
Son.az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən onların nağdsız qaydada ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 %-nin ƏDV tutulan ümumi dövriyyələrindən çıxılması, sadələşdirilmiş vergi ödəyən həmin şəxslər üzrə nağdsız dövriyyənin 6 % dərəcə ilə sadələşdirilmiş vergiyə cəlb olunması nəzərdə tutulur.
