Qərar verildi, bu maşınlar bahalaşacaq
Digərləri 23 Eki 2025 23:12:00 88 0
Gələn ildən Azərbaycana gətirilən elektrik avtomobilləri ƏDV-dən azad ediləcək.
Bu haberi de oku: İki rayonunun bəzi ərazilərində qaz olmayacaq
Son.az xəbər verir ki, Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 2026-cı ilin yanvarın 1-dən etibarən bir il müddətinə əlavə dəyər vergisindən azad olunacaq.
Bu qərar "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Qərarın məqsədi ekoloji təmiz nəqliyyat vasitələrinin sayını artırmaq və ətraf mühitə zərərin azaldılmasına töhfə verməkdir.
Bu qərar avtomobil bazarında ciddi qiymət dəyişikliklərinə səbəb olacaq. ƏDV güzəşti yalnız elektrik mühərrikli avtomobillərə tətbiq ediləcəyi üçün hibrid modellər bu imkandan yararlana bilməyəcək və onların qiyməti artacaq. Bu artım həm idxal zamanı ödənilən vergilərin, həm də bazar tələbinin dəyişməsi ilə əlaqədar olacaq.
