Şəhidin büstü üzərindəki gülləri oğurlayan qadın tapıldı
Digərləri 23 Eki 2025 22:52:00 78 0
Vətən müharibəsi şəhidi, kapitan Həmid Cəfərlinin yaşadığı evin qarşısında büstü üzərindəki güllər oğurlanıb.
Bu haberi de oku: “Azparking”dən toplanan pullar hara xərclənir? AÇIQLAMA
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilir ki, bir neçə dəfə təkrarlanan hadisədən sonra ailə təhlükəsizlik kamerası quraşdırıb. Nəticədə görüntülərdən gülləri aparan şəxsin təxminən 65-70 yaşlı qadın olduğu müəyyən edilib.
Şəhidin ailəsi həmin qadından şikayətçi olmayıb.
Əldə etdiyimiz məlumata görə, Vətən müharibəsi şəhidi, kapitan Həmid Kərim oğlu Cəfərlinin büstü üzərindəki gülləri oğurlayan 1952-ci il təvəllüdlü, Xətai rayon sakini olan qadın müəyyən edilib.
