Bu müəllimlərin maaşı 35% artırılacaq
Digərləri 23 Eki 2025 18:15:00 98 0
2025-ci il üçün təhsilverənlərin sertifikatlaşdırılması prosesi və müsahibə mərhələsi başa çatıb.
Bu haberi de oku: "Samsung"un 4 məşhur modelinin yeniləmə dəstəyi olmayacaq
Son.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Belə ki, sertifikasiya imtahanında iştirak edən müəllimlərdən 6628 nəfər 51 və yuxarı bal toplayıb. Qeyd olunan nəticəni göstərən müəllimlərin maaşlarına 35 faiz artım əlavə olunacaq.
Bundan əlavə, 11 min 316 nəfər iştirakçı 30-50 bal aralığında nəticə göstərib, həmin müəllimlərin maaşlarına isə 10 faiz artım əlavə olunacaq.
Kaynak: milli.az