"BakuBus"un avtobusunda baş verən insidentlə bağlı RƏSMİ AÇIQLAMA
Digərləri 23 Eki 2025 17:45:00 86 0
Ötən gün Bakıda fəaliyyət göstərən "BakuBus"a aid 3 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlə kobud rəftarı ilə bağlı rəsmi məlumat yayımlanıb.
Bu haberi de oku: Nusret 17 milyon dollar zərərə düşdü
Son.az xəbər verir ki, "BakuBus" MMC-nin Mətbuat Xidməti sərnişin və sürücü arasında insidentin baş verdiyini təsdiqləyib.
Bildirilir ki, 22 oktyabr 2025-ci il səhər saatlarında "BakuBus" MMC-nin idarə etdiyi, 99-JU-240 dövlət qeydiyyat nişanlı 3 nömrəli marşrut avtobusunda sərnişinlərin arxa qapıdan minmək istəməsi səbəbindən sürücü ilə sərnişinlər arasında mübahisə yaranıb.
"Sürücü bunun müəyyən edilmiş qaydalara uyğun olmadığını izah edərək, təlimata uyğun hərəkət edib.
Qeyd edək ki, bu qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın 4.29.3-cü bəndinə əsaslanır. Həmin norma üç qapısı olan avtobuslarda sərnişinlərin düşməsinin orta və arxa, minməsinin isə ön qapıdan həyata keçirilməsini nəzərdə tutur.
Bu tələbin məqsədi ictimai nəqliyyatda xidmətin təhlükəsiz, intizamlı və nəzarətli şəkildə təşkili ilə bağlıdır və qayda yalnız "BakuBus" MMC-yə deyil, ölkə üzrə bütün sərnişindaşıma subyektlərinə şamil olunur.