Bu xəstəliklər də tibbi sığorta ilə müalicə olunacaq


Digərləri 23 Eki 2025 18:08:00 92 0

Bu xəstəliklər də tibbi sığorta ilə müalicə olunacaq

Gələn il şəkərli diabet başda olmaqla indiyədək icbari tibbi sığorta zərfinə daxil olmayan bir çox xəstəliklər də sığorta ilə müalicə olunacaq.

Son.az-ın əldə etdiyi məlumata görə, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

İcbari Tibbi Sığorta Fondunun vəsaitləri hesabına 2026-cı ildən həyata keçirilməsi nəzərdə tutulan xəstəliklərə aşağıdakılar daxildir:

-xroniki böyrək çatışmazlığı,

-hemofiliya, ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair tədbirlər,

-ixtioz və buliyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikası,

-dağınıq skleroz xəstəliyinin müalicəsi,

-vərəm,

-uşaqlarda Kistoz Fibroz genetik xəstəliyi.

Bununla bağlı qanunvericiliyə müvafiq dəyişiklər edilməsi nəzərdə tutulub.