Yüzlərlə insanın yoluxduğu xəstəliyin səbəbi bu tərəvəz imiş Yumaq da bəs eləmir
Digərləri 23 Eki 2025 17:00:00 80 0
Avropada on yeddi ölkədə yüzlərlə insanın yoluxduğu Salmonella epidemiyasının səbəbi müəyyənləşdib.
Bu haberi de oku: Azərbaycanda alim küçədə gedərkən yıxılıb öldü FOTO
Son.az xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin (ECDC) məlumatına görə təhlükəli bakteriyanın mənbəyi İtaliyanın Siciliya adasından ixrac olunan kiçik pomidorlardır.
Araşdırma nəticəsində məlum olub ki, 2011-2024-cü illər arasında Böyük Britaniya, Almaniya, Avstriya və daha 14 Avropa ölkəsində ümumilikdə 643 "Salmonella Strathcona" hadisəsi qeydə alınıb.
Mütəxəssislər bildiriblər ki, bütün nümunələrdə bakteriyanın genetik quruluşu 95 faiz oxşarlıq göstərir və bu da yoluxmaların ortaq bir mənbədən yayıldığını sübut edir.
ECDC ekspertlərinin fikrincə, Siciliya pomidorları uzun illərdir bakteriya daşıyıcısı ola bilər. Onlar xəbərdarlıq ediblər ki, pomidorları sadəcə yumaq xəstəliyin qarşısını almağa kifayət etmir.