Pezeşkian bu dəfə "Heydərbabaya salam" şeirini dedi
Digərləri 23 Eki 2025 15:50:00 71 0
Bu gün İran Prezidenti Məsud Pezeşkian Qərbi Azərbaycan əyalətinə səfəri çərçivəsində Urmiya şəhərində ziyalılar və vətəndaş cəmiyyəti fəalları ilə görüş keçirib.
Bu haberi de oku: Faciəvi şəkildə ölən qardaş və bacıların FOTOsu
Son.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Görüş zamanı prezident yenidən Azərbaycan dilində şeir səsləndirərək, tədbir iştirakçılarında böyük maraq yaradıb.
Pezeşkian böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın məşhur "Heydərbabaya salam" şeirindən bir parça oxuyub.
Prezidentin dilindən səslənən "Göylər bütün dumandır, günlərimiz yamandır", "Yaxşılığı əlimizdən alıblar", "Yaxşı bizi yaman günə salıblar" kimi ifadələr salondakı dinləyicilər tərəfindən emosional alqışlarla qarşılanıb.
Xatırladaq ki, İran prezidenti daha əvvəllər də azərbaycanca şeirlər səsləndirib.