Daha 4 ünvanda minibdüşmə yeri yaradıldı FOTO


Digərləri 23 Eki 2025 14:55:00 80 0

Daha 4 ünvanda minibdüşmə yeri yaradıldı  FOTO

Nizami rayonunun Qara Qarayev prospektinin üç ünvanında - "8-ci kilometr bazarı"nın qarşısında, "Neftçilər" və "Xalqlar dostluğu" metrostansiyalarının çıxışında, eləcə də Nəsimi rayonunun Füzuli küçəsindəki "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun qarşısında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlər təşkil edilib və müvafiq lövhə yerləşdirilib.

Son.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.

Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.