Mingəçevirdə kanalda batan şəxsin meyiti tapıldı


Digərləri 23 Eki 2025 13:02:00 71 0

Mingəçevirdə kanalda batan şəxsin meyiti tapıldı

Ötən gün Mingəçevir şəhərində Yuxarı Qarabağ kanalında batan şəxsin meyiti tapılıb.

Son.az xəbər verir ki, FHN əməkdaşları tərəfindən tapılan meyit təhvil verilib.

***

Mingəçevir sakini kanalda boğulub.

Mingəçevir şəhər sakini, 39 yaşlı Bəxtiyar Məmmədov Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb.

Onun ehtiyyatsızlıqdan suya düşdüyü ehtimal olunur.

B.Məmmədovun tapılması istiqamətində axtarışlar aparılır.