Maskalı şəxs evə basqın etdi: Xəsarət alan var


Digərləri 23 Eki 2025 12:50:00 89 0

Maskalı şəxs evə basqın etdi: Xəsarət alan var

Şəmkirdə maskalanmış şəxs tərəfindən törədilən quldurluq cinayəti açılıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Son.az-a verilən məlumata görə, Şəmkir rayonunun Kür qəsəbəsində yerləşən evlərdən birinə maskalanmış formada daxil olan naməlum şəxs ev sahibinə küt alətlə xəsarət yetirərək pul vəsaitini ələ keçirib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən qeyri-aşkar şəraitdə törədilən cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, 44 yaşlı Akif Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.