Vətən müharibəsi iştirakçısı vəfat etdi


Digərləri 22 Eki 2025 19:29:00 87 0

Vətən müharibəsi iştirakçısı vəfat etdi

Tovuzun Aşağı Öysüzlü kənd sakini, Vətən müharibəsi iştirakçısı, 1985-ci il təvəllüdlü Vüsal Əşrəf oğlu Tağıyev vəfat edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Mərhum kənd qəbirsitanlığında dəfn edilib.

Qeyd edək ki, Vüsal Tağıyev döyüşlərdə göstərdiyi xidmətlərinə görə, "Kəlbəcərin azad olunmasına görə", "Vətən Müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Son.az