Çelyabinskdə güclü partlayış 4 nəfər ölüb


Digərləri 23 Eki 2025 00:40:00 90 0

Çelyabinskdə güclü partlayış  4 nəfər ölüb

Rusiya Federasiyasının Çelyabinsk vilayətində yerləşən Kopeysk şəhərindəki sənaye müəssisəsində güclü partlayış baş verib.

Son.az xəbər verir ki, bubarədə vilayətin qubernatoru Aleksey Teksler "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində dörd nəfər həyatını itirib, bir neçə nəfər isə xəsarət alıb.

"Kopeysk şəhərindəki müəssisələrdən birində partlayış baş verib. Təəssüf ki, ölənlər var. Hadisə yerinə bütün operativ xidmətlər cəlb olunub, qərargah yaradılıb", - deyə Teksler bildirib.