Mehdiyev həbsxanaya düşsə, tezliklə ölə bilər Əli İnsanov
Digərləri 22 Eki 2025 20:30:00 104 0
"Ramiz Mehdiyevin gücü tutduğu vəzifədə və hüdudsuz səlahiyyətlərdə olub. Mən onun işsiz vaxtlarını yaxşı xatırlayıram, o zaman əlaqələrimiz vardı. O, olduqca küncə sıxışdırılmış, tamamilə cəmiyyətdən təcrid olunmuş, heç kimə lazım olmayan, Xalq Hərəkatının güclü dövrlərində heç bir əhəmiyyətliliyi olmayan adam idi".
Bu haberi de oku: Azərbaycanda inflyasiya necə olacaq?
Son.az xəbər verir ki, bunu Haqq və Ədalət Partiyasının sədri, eks-səhiyyə naziri Əli İnsanov TV Müsavata müsahibəsində Prezident Administrasiyasının eks-rəhbəri Ramiz Mehdiyevin həbsi ilə bağlı danışarkən deyib.
"Həbsxanaya düşsə, tezliklə ölə bilər. Dözməz o şəraitə. İradəsi zəif adamdır. Onun burnunu tutsan, canı çıxar, dözməz orada. Ölər, işlər də yarımçıq qalar. Ona görə həbsxanaya yerləşdirməzlər ki, orada bir həftəyə ölər. Onda kimdən soruşacaqlar, niyə belə etmisən?", - deyə Əli İnsanov bildirib.
"Mehdiyev ömrü boyu idarə olunub, o, heç kimi idarə etməyib. O cür adamlar isə heç vaxt yetişmir, sadəcə meydana gəlir. Bəs necə oldu ki, Ramiz Mehdiyev yenidən hakimiyyətə gəldi. O zaman Rusiya təkid və təklif etdi ki, Mehdiyev yenidən hakimiyyətə gəlsin. Müdrik Heydər Əliyev isə bir balaca Ramiz Mehdiyevə görə Rusiya ilə mübahisəyə girişməzdi. Sonra bir müddət yaddan çıxdı, amma hər birimizə ayrı-ayrılıqda məlumatlar gəlirdi ki, bu adam Rusiyanın dediklərini olduğu kimi yerinə yetirir, Azərbaycanın görkəmli siyasətçilərini, insanlarını rusiyapərəst etmək üçün iş aparır. Buna da müəyyən qədər nail oldu", - deyə keçmiş nazir əlavə edib.