Özbaşına atılan ağrıkəsicilər böyrəklərin "evini yıxır" Açıqlama


Digərləri 22 Eki 2025 21:00:00 88 0

Özbaşına atılan ağrıkəsicilər böyrəklərin "evini yıxır"  Açıqlama

Həkim ağrıkəsicilərin nəzarətsiz qəbulu zamanı böyrəklərin ciddi zədələnmə riski barədə xəbərdarlıq edib.

Son.az xəbər verir ki, rusiyalı nefroloq, tibb elmləri namizədi Aleksey Reznikov açıqlamasında bildirib ki, ağrıkəsicilər səhv istifadə edildikdə böyrəklər üçün ən təhlükəli dərmanlardan biridir.

Onun sözlərinə görə, insanın həkimlə məsləhətləşmədən və ya tibbi müayinə keçmədən özbaşına ağrıkəsici qəbul etməsi fəsad ehtimalını qat-qat artırır. Xüsusilə bu dərmanların asan əldə olunması və aktiv reklam edilməsi vəziyyəti daha da təhlükəli edir.

Reznikov qeyd edib ki, ağrıkəsicilərin nəzarətsiz istifadəsi analgetik nefropatiyaya, yəni böyrək toxumalarının zədələnməsi ilə müşayiət olunan xroniki xəstəliyə səbəb ola bilər. Bu, zamanla böyrəklərin süzmə funksiyasını pozur və ağır hallarda dializ və ya böyrək köçürülməsi zərurəti yarada bilər.

Xəstəliyin ilkin mərhələləri çox vaxt əlamətsiz keçir, buna görə insanlar yalnız şişkinlik, təzyiq artımı və ya sidikdə qan aşkar edildikdə həkimə müraciət edirlər. Onlar isə çox vaxt ağrıkəsici qəbulunu davam etdirərək vəziyyəti daha da pisləşdirirlər.