Bakıda vəkilin evindən oğurluq edən şəxs saxlanıldı


Digərləri 22 Eki 2025 22:23:00 91 0

Bakıda vəkilin evindən oğurluq edən şəxs saxlanıldı

Vəkil Bəhruz Bayramova məxsus mənzildən oğurluq edilməsi ilə bağlı polisə daxil olan müraciət araşdırılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elburus İbrahimov Son.az-a bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Muradov Fariz Murad oğlu saxlanılıb.

Oğurlanan əşyalar maddi sübut kimi aşkar edilərək götürülüb.