Bakıda zəncirvari qəza: "Ford" aşdı


Digərləri 22 Eki 2025 23:56:00 96 0

Bakıda zəncirvari qəza: "Ford" aşdı

Paytaxtın Bakıxanov qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Son.az Report-a istinadən xəbər verir ki, "Hyundai iX35", "BMW X5" və "Ford" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində "Ford" markalı nəqliyyat vasitəsi aşıb.

Qəza zamanı xəsarət alanların olduğu bildirilir.

Qəzanın səbəbləri araşdırılır.