Əlillik dərəcəsi adı ilə daha bir dələduzluq
Digərləri 22 Eki 2025 18:45:00 99 0
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifəli şəxslərinin adından istifadə etməklə vətəndaşlara qarşı dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Bu haberi de oku: Su, yaşıl çay və kefiri unudun Ən sağlam içki bu imiş
Son.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə mühakimə edilən Ramil Rəvanlı (şərti) 3 il müddətinə azadlıqdan məhrum edilib.
İş materiallarından məlum olur ki, Ramil Rəvanlı vətəndaşlardan birinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olduğunu və onun əlillik müddətinin uzadılmasına yardım edə biləcəyinə inandıraraq ondan problemin həlli üçün 5000 manat istəyib. Tərəflər 2500 manata razılaşıb.
Bir müddət keçsə də, zərərçəkmiş problemin həll olunmadığını görərək Ramil Rəvanlıdan pulunu tələb edib. Pul qaytarılmadığına görə zərərçəkmiş hüquq-mühafizə orqanlarına üz tutub.
Ramil Rəvanlı məhkəmə prosesində verilmiş ittiham üzrə özünü təqsirli bilib. (qaynarinfo)