Hərbi xidmət keçməyənlərə bu status verilmir
Digərləri 24 Tem 2025 19:09:00 97 0
Hazırda ictimaiyyət arasında "ehtiyatda olan zabit" anlayışı ilə bağlı müəyyən anlaşılmazlıqlar mövcuddur. Bəzən bu ifadə hərbi xidmətdən keçməyən şəxslərlə də əlaqələndirilir.
Bu haberi de oku: Gəncədə icra əməkdaşları döyüldü
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, hərbi xidmətdən keçməyən şəxslərə "ehtiyatda olan zabit" statusu verilə bilməz.
"Hərbi rütbəsi olan istənilən şəxs ehtiyata keçirilərkən "ehtiyatda olan zabit" sayılır. Əgər şəxs hərbi xidməti əsgər rütbəsi ilə başa vurub ehtiyata buraxılıbsa və ya hərbi xidmətə möhlət hüququ varsa, bu halda "ehtiyatda olan əsgər (kursant)" hesab olunur", - deyə P.Sədrəddinov qeyd edib.